Racing the Storm

1 İyun 1999. Amerika Havayollarına aid McDonnell Douglas MD-82 təyyarəsi ilə Dallas-Fort Worth International Airportundan, Little Rock National Airportuna doğru uçan 1420 nömrəli reys , çox pist meteorologiya şərtlərində enərək uçuş zolağından çıxır və qəza baş verir. NTSB raportlarına görə, aeroporta yaxınlaşma sırasında ATC, kapitan pilot Richard Buschmanna 22 Sol uçuş zolağının eniş üçün əlverişli olduğunu bildirsədə, anidən dəyişən küləyin istiqaməti kapitanı 04 Sağ uçuş zolağına enməyə vadar edir. Ancaq 04 sağ uçuş zolağına yaxınlaşma əsnasında hər iki pilotun diqqətindən, MD-82 tipli təyyarə üçün yan külək limitinin keçdiyi yayınır. Buna əlavə olaraq windshear xəbərdarlığı da alan kapitan, yaxınlaşmağa davam edir. Endikdən sonra,  ground spoileri və autobrake sistemini aktiv etməyi yadından çıxaran pilotlar ancaq uçuş zolağını keçdikdən sonra qəzalı bir şəkildə dayana bilirlər.

139 sərnişindən 10 nəfəri vəfat edir, 24 nəfər heç bir xəsarət almır, qalanları isə ağır ve yüngül xəsarətlər alır.

Mülki Aviasiya tarixində bu qəzadan sonra, pilotların enmədən öncə spoilerləri “ARM” vəziyyətinə gətirilməsi şərti qoşulur.

Qəzadan fotolar :

Baxmış olduğunuz videonu kompyuterinizə yükləmək üçün, aşağıdakı düyməyə vurun :


Leave a Reply