✈ UTA 772

19 Sentyabr 1989. Niger. UTA 772 uçuşu Nigerin Sahara səhrasında qəzaya uğrayır. Təyyarə Konqonun paytaxtı Brazzavil şəhərindən qalxıb Parisə enməli idi. Ancaq Liviyalı bir terrorist uçuş əsnasında partlatdığı bomba ilə 170 nəfərin qatilinə çevrilir.

18 ildən sonra qəzada vəfat edənlərin yaxınları səhrada bir abidə tikməyə qərar verirlər. Əlbəttəki yerli bədəvilərin köməyi olmadan belə bir layihəni həyata keçirmək qeyri-mümkündür.

Bu bölgə bütün Afrika qitəsinin ən əlçatmaz yerlərindən biri hesab olunur. Daşlar 70-100 km yaxınlıqdaki ərazilərdən gətirilir.

Abidə üçün 170 parçalanmış aynadan istifadə olunub, 2 ay ərzində tikilib.

Sağ qənəd hissəsi qəza yerindən 10 km uzaqda tapılmış, üzərində vəfat edən sərnişinlərin adları yazılmışdır.

Və abidənin bitmiş halı …

Related Posts Plugin for WordPress, Blogger...