Youtube

Təyyarə necə alınır ?

Dreamliner – 21-ci əsrin aviasiya möcüzəsi, tamamilə yeni texnika ilə təchiz olunmuş bir mükəmməliyyət abidəsidir. Bu tip, Boeing ailəsinin 767 sinfinin yeni əvəz edicisi olaraq planlaşdırılıb. Aviasiya tarixində bir ilk olaraq, bütün təyyarəni aliminyumdan deyil, kompozit maddələrdən istifadə edərək ortaya çıxarıblar.  Buda ki, nəticə etibari ilə, təyyarəni 20% daha yüngülləşdirib, texniki baxış maliyyətini isə %30 daha aşağı salıb. Texnikanın ən üstün yenilikləri ilə yanaşı, illyuminatorların da genişliyi diqqətimizi ilk baxışda cəlb edir  :

Bu fotoda Airbus 340 təyyarəsinin illyuminatoru ilə Boeing 787 Dreamliner illyuminatorunu müqaisə edə bilərsiniz :

Dreamliner uzun magistrallar üçün nəzərdə tutulmuş bir təyyarədir. Onun uçuş məsafəsi  16 min  kilometrdir. Çox rahatlıqla Sakit Okeanı keçib, 15 saatlıq bir uçuşu enmədən başa vura bilər. Ardı->>>

Uçan Adam (Jet Man)

Dekabr ayında, İsveçrə hərbi hava qüvvələrindən ayrılmış pilot – Yvess Rossy (Jet Man) növbəti uçuşunu başa vurub. Beləki, əvəzolunmaz qənədçikləri vasitəsilə 52 yaşlı Yvess, Alp dağları üzərindən, qırıcı təyayarələrin müşaəti ilə saatda 220 km sürət yığıb.

Yvess Rossi ilə tanış olaq :

Ardı->>>

U2

U2.  Yox, söhbət Dublinli bir neçə gəncin qurduğu musiqi qrupundan getmir. Söhbət, 1 May 1960 ci ildə, Pakistanın Peşavar şəhərindən qalxıb, pilot Francis Gary Powers tərəfindən, SSSR ərazisinə kəşfiyyat məqsədi ilə daxil olan U2 təyyarəsindən gedir. Ancaq bu dəfə biz nə kəşfiyatdan, nədəki soyuq muharibə illərindən sohbət acacagıq. Nezer nöqtemizdə isə məhz U2 təyyarəsi var. 70000 feet’də hiss edəcəyimiz adrenalin, ulaşılmaz nöqtədə hərəkət edən təyyarənin verdiyi həyəcan və ləzzət hec bir məqaləyə sıgmaz. Ona gorədə uzun sözün qısası :

Boyuk Britaniyada Top Gear programı aparıcısı olan James May bu həyəcana canlı şahidlik edib. 70000 feetdə 104 Knot (~ 460 Knot ground Speed).

Fantastika

Sual =  Sizcə təyyarəmi yoxsa paraşut ilə atlayan adammı yerə daha tez  çatdı ?

Təyyarə PC6-Porter.  Daha çox video üçün buraya daxil olun.

Dassault Falcon 7X

Bütün təyyarələr bortuna sərnişin almadan əvvəl bir çox sınaqdan keçirlər. Təyyarə tam uçuş vəziyyətinə gəldikdən sonra bu sınaqlar usta test pilotlar tərəfindən yerinə yetirilir. Aşağıda görəcəyiniz videoda Dassault Falcon 7X təyyarəsi ilə əlaqəli sınaqlar göstərilir :

Related Posts Plugin for WordPress, Blogger...