təyyarə

✈ 13 Avia Fakt …

Havaların isti olması, yay sezonunun cazibədarlığı və tətil günlərimizin bu vaxtlara təsadüf etməsi, bir çoxumuzu istirahət üçün xaricə üz tutmağa vadar edir. Təbii olaraq turistlərin bir çoxu təyyarədən istifadə etmək məcburiyyətində qalırlar. Təəsüf ki bu bəziləri üçün o qədər də rahat deyil. Aerofobiyadan əziyyət çəkən bir çox sərnişin üçün nə qədər məlumat versək də, onlar üçün kafi olmayacaq. Ancaq bəzi nəzəri və statistik faktlara göz atmaqda fayda var. Beləki :

1- Hava nəqliyyatı dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsidir.

2- Hər 3 saniyədə bir, dünyanın hər hansı bir yerində təyyarə enir vəya qalxır.

Ardı->>>

Qeyri adi hava gəmiləri

Təyyarələr haqqında fikirləşdiyimizdə, ilk ağlımıza gələnlər, sərnişin daşıyıcı, bombardman, qırıcı, özəl jetlər və sair olur. Bəs heç insansız hava gəmilərini, xüsusi məqsədlərlə istifadə olunan apparatlar haqqında düşünmüsünüzmü? Bunlar – can qurtarma servisləri, inşaat, kəşfiyyat eləcə də gələcək aviasiya tarixində öz yerini tutacaq uçan aparatlardır.

Bu günkü məqaləmizdə , keçmişdən bu günə qədər var olan 8 ədəd qeyri adi, xususi məqsədlər üçün yaradılmış hava gəmiləri haqda danışacağıq. Bu gəmilərin hər birisi aviasiya tarixində xüsusi yerə malikdir.

1- Beluga A300-600ST (Super Transporter)

Bu təyyarə Airbus firması tərəfindən istehsal olunur. Təyyarə parçalarını bütünlüklə (gövdə, kokpit, qənədlər) daşımaq üçün yaradılmışdır. Beluganın uzunluğu 57 metrə bərabər olub, 47 tonn yük qaldırma qüvvəsinə malikdir. Cəmi 5 ədəd var olan Beluganın mənzili isə 900 (~1500km) dəniz milinə bərabərdir. İlk Beluga 1995 ildə havalanıb. Təyyarənin xüsusi dizaynı sayəsində, ön tərəfi tamamilə açılır. Açılan bu bölgədən ən geniş təyarə detalları belə rahatlıqla Beluganın gövdəsinə daxil ola bilir.

Qeyd etmək lazımdır ki, Airbus firması 4 ölkə tərəfindən istehsal olunur. Bunlar : Fransa, Almaniya, İngiltərə və İspaniyadır. Bütün parçalar (gövdə, kokpit, qənədlər, şassi) vahid mərkəzə məhz Beluganın sayəsində toplanılır. Bu təyyarə İtaliyadan – ABŞ-a kosmik apparatların detallarını daşımış, bir neçə ticari reysləri müvəffəqiyyətlə tamamlamışdır. Eləcə də, hərbi vertolyotların, təhlükəli maddə və mayelərin, hətta sərgi üçün böyük şəkillərin daşınmasında bu təyyarənin rolu əvəz olunmazdır. Ardı->>>

Reyslərin gecikməsi

Artıq yaz ayları başlayıb.  Soyuq və məşəqqətli  qış aylarını isə geridə qoymuşuq. Hər sahədə olduğu kimi, aviasiya sahəsində də qış ayları bir neçə sistematik problemləri bərabərində gətirir. Bunların ən başında isə sərnişin reyslərinin gecikməsi durur. Bugün gecikmələrin səbəblərini konspekt bir şəkildə başa salmağa çalışacağıq.

Bir havayolu şirkəti üçün ən böyük anti-reklam xarakterli hadisə – Reyslərin gecikməsidir. Bu eləcə də sərnişinlər üçün çox başağrıdıcı bir mövzudur. İstər bort servis, istər uçuş əyləncə sistemi, istər kasıb menyu, istər bələdçinin zövqsüz uniforması – bunların heç biri, havayolu şirkətinin prestijinə, reyslərin gecikməsi qədər zərər gətirə bilməz.

Bəs reyslərin gecikməsi nədən qaynaqlanır? Bunun bir neçə səbəbi ola bilər. Beləki : Ardı->>>

Təyyarə necə alınır ?

Dreamliner – 21-ci əsrin aviasiya möcüzəsi, tamamilə yeni texnika ilə təchiz olunmuş bir mükəmməliyyət abidəsidir. Bu tip, Boeing ailəsinin 767 sinfinin yeni əvəz edicisi olaraq planlaşdırılıb. Aviasiya tarixində bir ilk olaraq, bütün təyyarəni aliminyumdan deyil, kompozit maddələrdən istifadə edərək ortaya çıxarıblar.  Buda ki, nəticə etibari ilə, təyyarəni 20% daha yüngülləşdirib, texniki baxış maliyyətini isə %30 daha aşağı salıb. Texnikanın ən üstün yenilikləri ilə yanaşı, illyuminatorların da genişliyi diqqətimizi ilk baxışda cəlb edir  :

Bu fotoda Airbus 340 təyyarəsinin illyuminatoru ilə Boeing 787 Dreamliner illyuminatorunu müqaisə edə bilərsiniz :

Dreamliner uzun magistrallar üçün nəzərdə tutulmuş bir təyyarədir. Onun uçuş məsafəsi  16 min  kilometrdir. Çox rahatlıqla Sakit Okeanı keçib, 15 saatlıq bir uçuşu enmədən başa vura bilər. Ardı->>>

Canyon El-Darado …

14 Aprel 1986-cı il,  ABŞ hava quvvələri Canyon El-Darado adlı hərbi hərəkət ilə Liviyanin Tripoli ve Bengazi şəhərlərini bombardıman etdilər. Dövrün geo siyasi vəziyyətini nəzərə alaraq avropa ölkeleri, ABŞ hərbi hava qüvvələri üçün öz havalimanlarını açmamışdılar, buna görə də ABŞ-ın Avropadakı ən sadiq müttəfiqi olan Böyük Britaniya bu təyyarələr üçün ev sahibliyi etmişdi. Görəsən Fransa, Böyük  Britaniya ve ABŞ 2011 ci ildə Libya üçün hansı hərəkət planını hazırlayırlar. Ardı->>>

Related Posts Plugin for WordPress, Blogger...