SSSR

U2

U2.  Yox, söhbət Dublinli bir neçə gəncin qurduğu musiqi qrupundan getmir. Söhbət, 1 May 1960 ci ildə, Pakistanın Peşavar şəhərindən qalxıb, pilot Francis Gary Powers tərəfindən, SSSR ərazisinə kəşfiyyat məqsədi ilə daxil olan U2 təyyarəsindən gedir. Ancaq bu dəfə biz nə kəşfiyatdan, nədəki soyuq muharibə illərindən sohbət acacagıq. Nezer nöqtemizdə isə məhz U2 təyyarəsi var. 70000 feet’də hiss edəcəyimiz adrenalin, ulaşılmaz nöqtədə hərəkət edən təyyarənin verdiyi həyəcan və ləzzət hec bir məqaləyə sıgmaz. Ona gorədə uzun sözün qısası :

Boyuk Britaniyada Top Gear programı aparıcısı olan James May bu həyəcana canlı şahidlik edib. 70000 feetdə 104 Knot (~ 460 Knot ground Speed).

Лётчики-испытатели

Bayramınız Mübarək !!!

Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır. Prezidentin 2006-ci il 18 may tarixli sərəncamı ilə hər il iyun ayının 2-si mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bayramın məhz iyunun 2-də keçirilməsi isə Azərbaycanda ilk aviasiya qrupunun həmin gün yaradılmasıyla bağlıdır.

Ardı->>>

Getdik eee…

Kod adı Hercules olan ABŞ istehsalı C-130 Təyyarəsi. Desantlara kömək məqsədi ilə təyyarədən atılan silah, sursat və ədəvat möhkəmləndirilmiş paraşutlara bağlıdır. Maraqlı olan orasıdır ki, mexanizmanın şaquli istiqamətdə yerləşdirilməsi və yükün atışı üçün sadəcə pilot kokpitindən düyməyə basılmasıdır. Mexanik bir silsiləyə sahib bu proses xüsusilə savaş vaxtlarında həm zaman yönündən vaxt qazandirir  həmdə operativ hərəkətin əsasını təşkil edir. SSSR istehsalı An-12 bu sinifin bir fərdidir.

Uçdu göylərə bizim peykimiz …

Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika günüdür.

SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 – aprel kosmonavtika günü kimi elan olunub. Bu günün keçirilməsinə səbəb isə 48 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoymuş oldu.

SSSR kosmanavtikasına qatdığı əməyə görə əfsanəvi şəxsiyyətlərdən olan milli qururumuz Kərim Kərimovun adını unutmaq olmaz. 17 Noyabr 1917-ci ildə Bakı şəhərində dünyaya göz açan Kərim bəy 1936-1939-cu illər arasında indiki Neft akademiyasını oxuyub, təhsilini başa çatdırmışdır. Muharibə illərində cəbhədə aktiv rol alan Kərim bəy ”Katyuşa” minamyotlarının təkminləşdirilməsində böyük əməyi olmuş və SSSR hakimiyyəti tərəfindən Qırmızı Ulduz ordenine layiq görülmüşdür. Müharibədən sonra 1946-cı ildə Almaniyanın Nordhauzen şəhərinə ”FAU-2” balistik raketlərinin kəşfiyyatı üçün göndərilmişdir. Kərim bəy Kosmos-186 və Kosmos-188 pilotsuz apparatların ekplutasiyası üçün General-Leytenant rütbəsinə layiq görülmüşdür. 1975-ci ildə ABŞ ilə bərabər ”Soyuz-Appolon” proyektinin hazırlıqlarını tamamlamışdır. 1979-cu ildə Sovet ittifaqı əməyi qəhrəmanı adına layiq görülmüşdür. Ətraflı videolar içəridə Ardı->>>

Related Posts Plugin for WordPress, Blogger...