Space

İlk Mülki Kosmodrom

Virgin Atlantic şirkətinin rəhbərliyi altında, ABŞ-ın Nyu Mexiko əyalətində ilk mülki kosmodrom öz fəaləyyətinə başlayıb. Rəhbər Richard Branson bəyan edibki,  kosmosa ilk mülki səyahət önümüzdəki il yarıma qədər həyata keçəcək. Virgin markası altında uçuşlara başlayacaq olan Space Ship Two adlı kosmik gəmi,  bortuna 6 nəfəri qonaq qəbul edə biləcək.

Richardın sözlərinə görə artıq 380 nəfər astronom ilk biletlərini alıblar. Bu adrenalini yaşamaq isə nə az nə çox, tam 200 min dollar dəyərindədir.

Bu ilin Oktyabr ayında Space Ship Two cəmisi 25 dəqiqə sürən test uçuşlarını müvəffəqiyyətlə başa çatdırıb. Beləki yerdən 13 km yüksəkliyə qalxan SS2, üzərində daşınan təyyarədən ayrılıb və kosmosa yola düşüb. Cəmisi 2 pilot tərəfindən idarə olunan SS2 bütün testlərdən əla qiymət alıb.

Ardı->>>

Shuttle

Space Shuttle – Kosmosa səyahət edən təyyarənin şüşə kokpiti.

Uçdu göylərə bizim peykimiz …

Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika günüdür.

SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 – aprel kosmonavtika günü kimi elan olunub. Bu günün keçirilməsinə səbəb isə 48 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoymuş oldu.

SSSR kosmanavtikasına qatdığı əməyə görə əfsanəvi şəxsiyyətlərdən olan milli qururumuz Kərim Kərimovun adını unutmaq olmaz. 17 Noyabr 1917-ci ildə Bakı şəhərində dünyaya göz açan Kərim bəy 1936-1939-cu illər arasında indiki Neft akademiyasını oxuyub, təhsilini başa çatdırmışdır. Muharibə illərində cəbhədə aktiv rol alan Kərim bəy ”Katyuşa” minamyotlarının təkminləşdirilməsində böyük əməyi olmuş və SSSR hakimiyyəti tərəfindən Qırmızı Ulduz ordenine layiq görülmüşdür. Müharibədən sonra 1946-cı ildə Almaniyanın Nordhauzen şəhərinə ”FAU-2” balistik raketlərinin kəşfiyyatı üçün göndərilmişdir. Kərim bəy Kosmos-186 və Kosmos-188 pilotsuz apparatların ekplutasiyası üçün General-Leytenant rütbəsinə layiq görülmüşdür. 1975-ci ildə ABŞ ilə bərabər ”Soyuz-Appolon” proyektinin hazırlıqlarını tamamlamışdır. 1979-cu ildə Sovet ittifaqı əməyi qəhrəmanı adına layiq görülmüşdür. Ətraflı videolar içəridə Ardı->>>

Related Posts Plugin for WordPress, Blogger...