helikopter

Qeyri adi hava gəmiləri

Təyyarələr haqqında fikirləşdiyimizdə, ilk ağlımıza gələnlər, sərnişin daşıyıcı, bombardman, qırıcı, özəl jetlər və sair olur. Bəs heç insansız hava gəmilərini, xüsusi məqsədlərlə istifadə olunan apparatlar haqqında düşünmüsünüzmü? Bunlar – can qurtarma servisləri, inşaat, kəşfiyyat eləcə də gələcək aviasiya tarixində öz yerini tutacaq uçan aparatlardır.

Bu günkü məqaləmizdə , keçmişdən bu günə qədər var olan 8 ədəd qeyri adi, xususi məqsədlər üçün yaradılmış hava gəmiləri haqda danışacağıq. Bu gəmilərin hər birisi aviasiya tarixində xüsusi yerə malikdir.

1- Beluga A300-600ST (Super Transporter)

Bu təyyarə Airbus firması tərəfindən istehsal olunur. Təyyarə parçalarını bütünlüklə (gövdə, kokpit, qənədlər) daşımaq üçün yaradılmışdır. Beluganın uzunluğu 57 metrə bərabər olub, 47 tonn yük qaldırma qüvvəsinə malikdir. Cəmi 5 ədəd var olan Beluganın mənzili isə 900 (~1500km) dəniz milinə bərabərdir. İlk Beluga 1995 ildə havalanıb. Təyyarənin xüsusi dizaynı sayəsində, ön tərəfi tamamilə açılır. Açılan bu bölgədən ən geniş təyarə detalları belə rahatlıqla Beluganın gövdəsinə daxil ola bilir.

Qeyd etmək lazımdır ki, Airbus firması 4 ölkə tərəfindən istehsal olunur. Bunlar : Fransa, Almaniya, İngiltərə və İspaniyadır. Bütün parçalar (gövdə, kokpit, qənədlər, şassi) vahid mərkəzə məhz Beluganın sayəsində toplanılır. Bu təyyarə İtaliyadan – ABŞ-a kosmik apparatların detallarını daşımış, bir neçə ticari reysləri müvəffəqiyyətlə tamamlamışdır. Eləcə də, hərbi vertolyotların, təhlükəli maddə və mayelərin, hətta sərgi üçün böyük şəkillərin daşınmasında bu təyyarənin rolu əvəz olunmazdır. Ardı->>>

Uçan Adam (Jet Man)

Dekabr ayında, İsveçrə hərbi hava qüvvələrindən ayrılmış pilot – Yvess Rossy (Jet Man) növbəti uçuşunu başa vurub. Beləki, əvəzolunmaz qənədçikləri vasitəsilə 52 yaşlı Yvess, Alp dağları üzərindən, qırıcı təyayarələrin müşaəti ilə saatda 220 km sürət yığıb.

Yvess Rossi ilə tanış olaq :

Ardı->>>

Mi-8 Helikopteri Qəzaya Uğrayıb


Bu gün Xəzərin Azərbaycan sektorunda, Günəşli yatağı yaxınlığında neftçiləri daşıyan AZAL-ın Neft Daşlarına xidmət edən Mi-8 tipli helikopteri qəzaya uğrayıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin ANS-ə verdiyi məlumata görə, qəzaya uğrayan helikopter «28 may» yatağındakı 4-cü özüldən havaya qalxıb və onun göyərtəsində 6 nəfər olub. Onlardan 4 nəfər xilas edilib, digər iki nəfərin axtarışı aparılır. Xilasetmə əməliyyatına Xəzər Dəniz Neft Donanmasının yaxınlıqda olan gəmiləri və dalğıc heyəti cəlb edilib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS-ə verdiyi məlumata görə, artıq hadisə ilə bağlı cinayət işi açılıb, xüsusi təhqiqat komissiyası yaradılıb. Qeyd edək ki, bu, artıq son 12 ildə baş vermiş üçüncü belə hadisədir. 1997-ci il oktyabrın 2-də məhz «Günəşli» yatağının yaxınlığında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində göyərtədəki 22 nəfərdən 21 həlak olmuşdu. Daha bir hadisə isə 2007-ci ilin oktyabrın 12-də baş verib. Həmin vaxt neftçilərə xidmət göstərən AZAL-a məxsus helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub. Məlumat üçün bildirək ki, bugünkü hadisə ilə bağlı Dövlət Neft Şirkətinin «Azneft» istehsalat birliyində qərargah yaradılıb. Qərargahın 566-54-06, 566-54-07 nömrəli telefonlarında qaynar xətt işləyir. /ANS TV/

Авиаторы – 104

  • Как соединить самолет с вертолетом? В чем главная проблема конвертопланов? И почему военные все-таки делают на них ставку? «Авиаторы» изучили первые экземпляры летающих гибридов.
  • Как найти на карте запретную зону? Где находится НОТУН? И как не заблудиться в полете по маршруту? Очередной урок управления «Робинсоном».
  • А также — рыбалка без удочки и «Смотрите! Наше шасси отлетело!»
  • Related Posts Plugin for WordPress, Blogger...