Hərbi Təyyarə

✈ 13 Avia Fakt …

Havaların isti olması, yay sezonunun cazibədarlığı və tətil günlərimizin bu vaxtlara təsadüf etməsi, bir çoxumuzu istirahət üçün xaricə üz tutmağa vadar edir. Təbii olaraq turistlərin bir çoxu təyyarədən istifadə etmək məcburiyyətində qalırlar. Təəsüf ki bu bəziləri üçün o qədər də rahat deyil. Aerofobiyadan əziyyət çəkən bir çox sərnişin üçün nə qədər məlumat versək də, onlar üçün kafi olmayacaq. Ancaq bəzi nəzəri və statistik faktlara göz atmaqda fayda var. Beləki :

1- Hava nəqliyyatı dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsidir.

2- Hər 3 saniyədə bir, dünyanın hər hansı bir yerində təyyarə enir vəya qalxır.

Ardı->>>

Canyon El-Darado …

14 Aprel 1986-cı il,  ABŞ hava quvvələri Canyon El-Darado adlı hərbi hərəkət ilə Liviyanin Tripoli ve Bengazi şəhərlərini bombardıman etdilər. Dövrün geo siyasi vəziyyətini nəzərə alaraq avropa ölkeleri, ABŞ hərbi hava qüvvələri üçün öz havalimanlarını açmamışdılar, buna görə də ABŞ-ın Avropadakı ən sadiq müttəfiqi olan Böyük Britaniya bu təyyarələr üçün ev sahibliyi etmişdi. Görəsən Fransa, Böyük  Britaniya ve ABŞ 2011 ci ildə Libya üçün hansı hərəkət planını hazırlayırlar. Ardı->>>

F35B

ABŞ-nın son insanlı təyyarə proyektidir, F35B. İstehsalında cəmi 9 ölkə iştirak edir – ABŞ, Böyük Britaniya, Kanada, İtaliya, Hollandiya, Norveç , Danimarka, Avstraliya və həmçinin Türkiyə. ABŞ hal hazırda Hərbi Dəniz Qüvvətlərində var olan təyyarələrinin yerinə F35B-ləri daxil edecek. Hal hazırda 12 test təyyarəsi mövcuddur. Texmini Satış qiyməti – 60 milyon ABŞ dolları. Radarda F22-Raptordan sonra 2-ci en az izlənilə bilən təyyarədir. SSSRi zamanının ən məhşur aviakonstruktorlarından olan Yakovlev bənzər təyyarəni çox əvvəl test etmişdir. Proyektin ruslar tərəfindən yankilərə satıldığına dair rəsmi qaynaqlar mövcuddur.

Related Posts Plugin for WordPress, Blogger...