AZAL

Təyyarə necə alınır ?

Dreamliner – 21-ci əsrin aviasiya möcüzəsi, tamamilə yeni texnika ilə təchiz olunmuş bir mükəmməliyyət abidəsidir. Bu tip, Boeing ailəsinin 767 sinfinin yeni əvəz edicisi olaraq planlaşdırılıb. Aviasiya tarixində bir ilk olaraq, bütün təyyarəni aliminyumdan deyil, kompozit maddələrdən istifadə edərək ortaya çıxarıblar.  Buda ki, nəticə etibari ilə, təyyarəni 20% daha yüngülləşdirib, texniki baxış maliyyətini isə %30 daha aşağı salıb. Texnikanın ən üstün yenilikləri ilə yanaşı, illyuminatorların da genişliyi diqqətimizi ilk baxışda cəlb edir  :

Bu fotoda Airbus 340 təyyarəsinin illyuminatoru ilə Boeing 787 Dreamliner illyuminatorunu müqaisə edə bilərsiniz :

Dreamliner uzun magistrallar üçün nəzərdə tutulmuş bir təyyarədir. Onun uçuş məsafəsi  16 min  kilometrdir. Çox rahatlıqla Sakit Okeanı keçib, 15 saatlıq bir uçuşu enmədən başa vura bilər. Ardı->>>

Panorama

Airbus firmasının istehsal etdiyi A319 təyyarəsi, mülki aviasiyada çox böyük rəğbət görmüş və istehsalından bu yana 1300 ədədə yaxın təyyarə müxtəlif avia şirkətlərin libasına boyanmışdır. Bügun milli havayolumuz tərəfindən də istifadə edilən A319-ün cockpit, cabin və galley bölümlərinin panoramik 3D görüşünü sizlərə təqdim edirəm :

Qeyd : Panoramik görüntü üçün, fotonun üzərinə basın.

Nostalgiya …

Bəzən sevinç bəxş etdi mənə, bəzən kədər. Soyuq qış günlərimdə ESB-də həsrətlə gözlədiyim reyslər, bəzən də GYD-də çantalar dolusu şirniyyat ilə qürbət ellərə səyahət. 11 min metr yüksəkliyin verdiyi sükunət və JT8D-1 mühərriklərinin uğultusu, təzad təşkil etdi görüşümdə.

Hər şey onunla başladı … 2002-ci ildə məni ilk İstanbula gətirdi bu əfsanə. Sonradan öyrəndim ki, buralar ona çox tanış məkanlarmış.  Sən demə,  ögey qardaş imiş havayollarına bu quş.

Kabinindən heç yırtılmamış türkçə “nakleykalar” bizə quşun isti qardaş ölkədən gəldiyini xəbər edirmiş. Ancaq milli havayolumuz çox tez vidalaşır T-quyruqdan.  Sonra Turan Air dərdinə dərman tapmağa çalışsada alınmır ki alınmır. Vəəə ….. 4k-8888 (ex 4K-AZ9) Silkway Business Aviationda yenidən həyat tapır.


Ətraflı rəsimli məlumat Ardı->>>

Mi-8 Helikopteri Qəzaya Uğrayıb


Bu gün Xəzərin Azərbaycan sektorunda, Günəşli yatağı yaxınlığında neftçiləri daşıyan AZAL-ın Neft Daşlarına xidmət edən Mi-8 tipli helikopteri qəzaya uğrayıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin ANS-ə verdiyi məlumata görə, qəzaya uğrayan helikopter «28 may» yatağındakı 4-cü özüldən havaya qalxıb və onun göyərtəsində 6 nəfər olub. Onlardan 4 nəfər xilas edilib, digər iki nəfərin axtarışı aparılır. Xilasetmə əməliyyatına Xəzər Dəniz Neft Donanmasının yaxınlıqda olan gəmiləri və dalğıc heyəti cəlb edilib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS-ə verdiyi məlumata görə, artıq hadisə ilə bağlı cinayət işi açılıb, xüsusi təhqiqat komissiyası yaradılıb. Qeyd edək ki, bu, artıq son 12 ildə baş vermiş üçüncü belə hadisədir. 1997-ci il oktyabrın 2-də məhz «Günəşli» yatağının yaxınlığında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində göyərtədəki 22 nəfərdən 21 həlak olmuşdu. Daha bir hadisə isə 2007-ci ilin oktyabrın 12-də baş verib. Həmin vaxt neftçilərə xidmət göstərən AZAL-a məxsus helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub. Məlumat üçün bildirək ki, bugünkü hadisə ilə bağlı Dövlət Neft Şirkətinin «Azneft» istehsalat birliyində qərargah yaradılıb. Qərargahın 566-54-06, 566-54-07 nömrəli telefonlarında qaynar xətt işləyir. /ANS TV/

Landing Gear Swing Test

Dünən Boeing 787 Dreamliner təkər toplama açma testlərini bitirib. Tərkibi 4 milyon koddan ibarət Dreamliner, 2010-cu ildə Azərbaycana da gələcəyi gözlənilir. İlham Əliyevin başçılığı altında 23 fevral 2007-ci ildə imzalanan müqaviləyə əsasən 3 ədəd 787-8 və 2 ədəd 737-900ER (Extra Range) təyyarələrinin sifarişi, uzun uçuşlar üçün atılmış ən səmərəli addımlardan biri olub. Qeyd etmək istərdim ki,  MDB ölkələri arasında sadəcə Azərbaycan, ən müasir texnologiyalarla təchiz olunmuş bu təyyarələrə sahib olacaq. AZAL bu təyyarələri Avropa, Cənub-Şərqi Asiya və Şimali Amerika uçuşları üçün planlayıb. AZAL-ın mühərriklərdən yana seçimi ise General Electric GEnx olub.  Bütün dünyada 37 avaşirkət tərəfindən 468 ədəd Dreamliner sifariş verilib.

Ətraflı video məlumat içəridə Ardı->>>

Related Posts Plugin for WordPress, Blogger...