Azərbaycan

Panorama

Airbus firmasının istehsal etdiyi A319 təyyarəsi, mülki aviasiyada çox böyük rəğbət görmüş və istehsalından bu yana 1300 ədədə yaxın təyyarə müxtəlif avia şirkətlərin libasına boyanmışdır. Bügun milli havayolumuz tərəfindən də istifadə edilən A319-ün cockpit, cabin və galley bölümlərinin panoramik 3D görüşünü sizlərə təqdim edirəm :

Qeyd : Panoramik görüntü üçün, fotonun üzərinə basın.

Mi-8 Helikopteri Qəzaya Uğrayıb


Bu gün Xəzərin Azərbaycan sektorunda, Günəşli yatağı yaxınlığında neftçiləri daşıyan AZAL-ın Neft Daşlarına xidmət edən Mi-8 tipli helikopteri qəzaya uğrayıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin ANS-ə verdiyi məlumata görə, qəzaya uğrayan helikopter «28 may» yatağındakı 4-cü özüldən havaya qalxıb və onun göyərtəsində 6 nəfər olub. Onlardan 4 nəfər xilas edilib, digər iki nəfərin axtarışı aparılır. Xilasetmə əməliyyatına Xəzər Dəniz Neft Donanmasının yaxınlıqda olan gəmiləri və dalğıc heyəti cəlb edilib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS-ə verdiyi məlumata görə, artıq hadisə ilə bağlı cinayət işi açılıb, xüsusi təhqiqat komissiyası yaradılıb. Qeyd edək ki, bu, artıq son 12 ildə baş vermiş üçüncü belə hadisədir. 1997-ci il oktyabrın 2-də məhz «Günəşli» yatağının yaxınlığında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində göyərtədəki 22 nəfərdən 21 həlak olmuşdu. Daha bir hadisə isə 2007-ci ilin oktyabrın 12-də baş verib. Həmin vaxt neftçilərə xidmət göstərən AZAL-a məxsus helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub. Məlumat üçün bildirək ki, bugünkü hadisə ilə bağlı Dövlət Neft Şirkətinin «Azneft» istehsalat birliyində qərargah yaradılıb. Qərargahın 566-54-06, 566-54-07 nömrəli telefonlarında qaynar xətt işləyir. /ANS TV/

Bayramınız Mübarək !!!

Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır. Prezidentin 2006-ci il 18 may tarixli sərəncamı ilə hər il iyun ayının 2-si mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bayramın məhz iyunun 2-də keçirilməsi isə Azərbaycanda ilk aviasiya qrupunun həmin gün yaradılmasıyla bağlıdır.

Ardı->>>

SilkWay

20 Aprel 2009 tarixində, Azərbaycanda ilk olaraq Silkway aviaşirkəti ISO9001 sertifikatına layiq görülüb. Bu münasibətlə, www.aviasiya.com rəhbərliyi adından, milli yük daşıyıcı avia şirkətimiz Silkwayi təbrik edirik. Bundan sonraki həyatında uğurlu uçuşlar və açıq səmalar arzu edirik.

Landing Gear Swing Test

Dünən Boeing 787 Dreamliner təkər toplama açma testlərini bitirib. Tərkibi 4 milyon koddan ibarət Dreamliner, 2010-cu ildə Azərbaycana da gələcəyi gözlənilir. İlham Əliyevin başçılığı altında 23 fevral 2007-ci ildə imzalanan müqaviləyə əsasən 3 ədəd 787-8 və 2 ədəd 737-900ER (Extra Range) təyyarələrinin sifarişi, uzun uçuşlar üçün atılmış ən səmərəli addımlardan biri olub. Qeyd etmək istərdim ki,  MDB ölkələri arasında sadəcə Azərbaycan, ən müasir texnologiyalarla təchiz olunmuş bu təyyarələrə sahib olacaq. AZAL bu təyyarələri Avropa, Cənub-Şərqi Asiya və Şimali Amerika uçuşları üçün planlayıb. AZAL-ın mühərriklərdən yana seçimi ise General Electric GEnx olub.  Bütün dünyada 37 avaşirkət tərəfindən 468 ədəd Dreamliner sifariş verilib.

Ətraflı video məlumat içəridə Ardı->>>

Related Posts Plugin for WordPress, Blogger...