Aviasiya

✈ Avia Məzarlıq

ABŞ – Arizona ştatı, Tucson şəhəri. Devis Monten avia mərkəzi. Qızmar yaya günəşi altında, 4200 dən artıq təyyarə, 40 kosmik hava gəmisi əbədiyyətə qovuşmaq üçün zamanını gözləyir. Ancaq buraya məzarlıq demək , biz aviasiya sevdalılarına heç də yaraşmır. 
Ardı->>>

Təyyarə necə alınır ?

Dreamliner – 21-ci əsrin aviasiya möcüzəsi, tamamilə yeni texnika ilə təchiz olunmuş bir mükəmməliyyət abidəsidir. Bu tip, Boeing ailəsinin 767 sinfinin yeni əvəz edicisi olaraq planlaşdırılıb. Aviasiya tarixində bir ilk olaraq, bütün təyyarəni aliminyumdan deyil, kompozit maddələrdən istifadə edərək ortaya çıxarıblar.  Buda ki, nəticə etibari ilə, təyyarəni 20% daha yüngülləşdirib, texniki baxış maliyyətini isə %30 daha aşağı salıb. Texnikanın ən üstün yenilikləri ilə yanaşı, illyuminatorların da genişliyi diqqətimizi ilk baxışda cəlb edir  :

Bu fotoda Airbus 340 təyyarəsinin illyuminatoru ilə Boeing 787 Dreamliner illyuminatorunu müqaisə edə bilərsiniz :

Dreamliner uzun magistrallar üçün nəzərdə tutulmuş bir təyyarədir. Onun uçuş məsafəsi  16 min  kilometrdir. Çox rahatlıqla Sakit Okeanı keçib, 15 saatlıq bir uçuşu enmədən başa vura bilər. Ardı->>>

Canyon El-Darado …

14 Aprel 1986-cı il,  ABŞ hava quvvələri Canyon El-Darado adlı hərbi hərəkət ilə Liviyanin Tripoli ve Bengazi şəhərlərini bombardıman etdilər. Dövrün geo siyasi vəziyyətini nəzərə alaraq avropa ölkeleri, ABŞ hərbi hava qüvvələri üçün öz havalimanlarını açmamışdılar, buna görə də ABŞ-ın Avropadakı ən sadiq müttəfiqi olan Böyük Britaniya bu təyyarələr üçün ev sahibliyi etmişdi. Görəsən Fransa, Böyük  Britaniya ve ABŞ 2011 ci ildə Libya üçün hansı hərəkət planını hazırlayırlar. Ardı->>>

Havalimanı necə işləyir ? – Dispetçerin gözündən

Bugünkü məqaləmiz Aviasiya sahəsinin ən riskli iş sahəsi olan dispetçerlər haqqında olacaq. Niyə riskli ? – Çünki bu sahədə saniyəlik bir gecikmə, istər yerdə, istərsə də  havada həm insan ölümünə, həmdə texniki çarpışmaya yol aça bilər.

ATS (Air Traffic Services  – Hava Nəqliyatı Xidmətləri) sahəsi bir neçə departamentə ayrılır. Bunlar :

  • ATC – Air Traffic Control (Hava Nəqliyatının İdarə olunması)
  • FIC – Flight Information Centre (Uçuş Məlumat Mərkəzi)
  • FIS  – Flight Information Service (Uçuş Məlumat Xidməti)

Biz ATC departamentinin TOWER hissəsini bu yazımızda sizlərlə paylaşacağıq. Ardı->>>

Havalimanı necə işləyir ? – Pilotun gözündən

Bugünki məqaləmiz, pilotların gözü ilə havalimanı və təyyarəyə baxış olacaq. S7 havayollarına aid pilotlar ilə, bərabər havalimanına gələcəyik, tibbi komissiyadan keçib, brifinq otağına daxil olacağıq. Ardından Uçuş bələdçiləri ilə tanış olub, uçuş üçün havayolu dispetçerindən icazə alacağıq. Daha sonra isə bizim üçün təhsis olunmuş mikroavtobus ilə apronda yol alıb təyyarəyə minəcək, ilkin  yoxlamaları keçirib, mühərrikləri işə salacağıq.

Ardı->>>

Related Posts Plugin for WordPress, Blogger...