Almaniya

GermanWings qəzası

Son günlərdə bütün dünya mediası məhz bu qəza haqqında danışır, bütün xəbər portalları hər hansı yeni bir məlumatı flaş xəbər olaraq yayımlayır. Söhbət əlbəttə ki Germanwings havayollarına aid, Airbus 320 təyyarəsinin qəzasından gedir. Hər nə qədər insanın dili qəza deməyə dönməsə də.

24 Mart 2015 yerli vaxtla saat 10:37 da, 4U9525 reysi ilə uçan, Germanwings havayollarına aid Airbus A320 təyyarəsi radar ekranlarından bir anda yoxa çıxır. Təyyarə Barselona-Duseldorf səfərini həyata keçirirdi.

D-AIXP quyruq nömrəli təyyarə, yerli vaxtla saat 10:01-də Barselona El-Prat havalimanından qalxır, saat 10:45 də lazımı yüksəklik olan 38.000 feet-ə (~11 km) yüksəlir. Cəmi bir dəqiqə sonra 10:46 da təyyarə heç bir xəbərdarlıq etmədən enməyə başlayır. Elə ilk dəqiqələrdən qeyri adilik müşahidə olunur. Ekipaj heç bir xəbərdarlıq etmədən enişə başlayır, təhlükəli vəziyyət siqnalı (MAYDAY) verilmir. Tam 8 dəqiqə sonra 6000 feet hündürlükdə (~2 km), Alp dağlarının yüksək yamacına çırpılır.  Ardı->>>

Təyyarə Bələdçiləri

Əlbəttəki hər birimiz həyatımızda bir dəfədə olsun ki, təyyarə ilə səyahət etmişik. Ancaq elə insanlar var ki, təyyarə ilə səyahət etmək onların peşəsidir. Zərif irqin bu nümayandələrini biz təyyarə bələdçiləri adlandırırıq. Aşağıda siz 36 fərqli havayolu şirkətinə aid təyyarə bələdçiləri və onların uniformaları ilə tanış ola bilərsiniz : 

Emirates – Birləşmiş Ərəb Əmirlikləri


Ardı->>>

Bayramınız Mübarək !!!

Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır. Prezidentin 2006-ci il 18 may tarixli sərəncamı ilə hər il iyun ayının 2-si mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bayramın məhz iyunun 2-də keçirilməsi isə Azərbaycanda ilk aviasiya qrupunun həmin gün yaradılmasıyla bağlıdır.

Ardı->>>

Globallaşma …

Almaniyanın Parxim şəhərində,  Çin Xalq Respublikasına aid bir şirkət, Ukraina təyyarəsinə,  Kanadada ”Bobardier’‘  adı ilə istehsal olunan vagonu yükləyərək, Hindistanın paytaxtı Dehliyə göndərir.

Dilim, dilim ay dilim …

Diqqət : Türkiyə IP’lərindən daxil olan istifadəçilər Youtube videolarını görə bilmirlər, bunun üçün ”Keçid” başlığı altında olan ”Youtube Giriş Programını” endirmələri lazımdır. Cəmisi 500kb və 1 dəqiqəyə birdəfəlik qurulur.

Related Posts Plugin for WordPress, Blogger...