A320

GermanWings qəzası

Son günlərdə bütün dünya mediası məhz bu qəza haqqında danışır, bütün xəbər portalları hər hansı yeni bir məlumatı flaş xəbər olaraq yayımlayır. Söhbət əlbəttə ki Germanwings havayollarına aid, Airbus 320 təyyarəsinin qəzasından gedir. Hər nə qədər insanın dili qəza deməyə dönməsə də.

24 Mart 2015 yerli vaxtla saat 10:37 da, 4U9525 reysi ilə uçan, Germanwings havayollarına aid Airbus A320 təyyarəsi radar ekranlarından bir anda yoxa çıxır. Təyyarə Barselona-Duseldorf səfərini həyata keçirirdi.

D-AIXP quyruq nömrəli təyyarə, yerli vaxtla saat 10:01-də Barselona El-Prat havalimanından qalxır, saat 10:45 də lazımı yüksəklik olan 38.000 feet-ə (~11 km) yüksəlir. Cəmi bir dəqiqə sonra 10:46 da təyyarə heç bir xəbərdarlıq etmədən enməyə başlayır. Elə ilk dəqiqələrdən qeyri adilik müşahidə olunur. Ekipaj heç bir xəbərdarlıq etmədən enişə başlayır, təhlükəli vəziyyət siqnalı (MAYDAY) verilmir. Tam 8 dəqiqə sonra 6000 feet hündürlükdə (~2 km), Alp dağlarının yüksək yamacına çırpılır.  Ardı->>>

Havalimanı necə işləyir ? – Pilotun gözündən

Bugünki məqaləmiz, pilotların gözü ilə havalimanı və təyyarəyə baxış olacaq. S7 havayollarına aid pilotlar ilə, bərabər havalimanına gələcəyik, tibbi komissiyadan keçib, brifinq otağına daxil olacağıq. Ardından Uçuş bələdçiləri ilə tanış olub, uçuş üçün havayolu dispetçerindən icazə alacağıq. Daha sonra isə bizim üçün təhsis olunmuş mikroavtobus ilə apronda yol alıb təyyarəyə minəcək, ilkin  yoxlamaları keçirib, mühərrikləri işə salacağıq.

Ardı->>>

Kədər mi Qəmmi ?

Bir tarix, bir əfsanə gözlər önündə tələf olur, əldən gedir. Ancaq nə mənim, nə də sizin, umumiyyətlə kimsənin gücü yoxdur 21 əsrin tələblərinə qarşı gəlməyə. Milyonlarla insanın Təyyarə deyiləndə ilk aglına gələn o muqəddəs hava gəmisini qəbrə göndərməyə çox az bir zaman qalir ….

Airbusda Çin malı oldu …

SinXua agentliyinin xəbərinə görə çində toplanan ilk A320 təyyarəsi yerdən təkər kəsib. Qeyd edək ki, Airbus ailəsinin TolouseHamburqdan sonra 3-cü toplama mərkəzi Tiansin şəhərində olacaq.

Ardı->>>

Toti Amirova

Toti Amirova MDB ölkələri arasında ilk və tək qadın təyyarə kapitanıdır.

Related Posts Plugin for WordPress, Blogger...