a319

Havalimanı necə işləyir ? – Pilotun gözündən

Bugünki məqaləmiz, pilotların gözü ilə havalimanı və təyyarəyə baxış olacaq. S7 havayollarına aid pilotlar ilə, bərabər havalimanına gələcəyik, tibbi komissiyadan keçib, brifinq otağına daxil olacağıq. Ardından Uçuş bələdçiləri ilə tanış olub, uçuş üçün havayolu dispetçerindən icazə alacağıq. Daha sonra isə bizim üçün təhsis olunmuş mikroavtobus ilə apronda yol alıb təyyarəyə minəcək, ilkin  yoxlamaları keçirib, mühərrikləri işə salacağıq.

Ardı->>>

Panorama

Airbus firmasının istehsal etdiyi A319 təyyarəsi, mülki aviasiyada çox böyük rəğbət görmüş və istehsalından bu yana 1300 ədədə yaxın təyyarə müxtəlif avia şirkətlərin libasına boyanmışdır. Bügun milli havayolumuz tərəfindən də istifadə edilən A319-ün cockpit, cabin və galley bölümlərinin panoramik 3D görüşünü sizlərə təqdim edirəm :

Qeyd : Panoramik görüntü üçün, fotonun üzərinə basın.

Avtopilot

Bu sistem, pilotun uçuş üçün lazımi alətləri əli ilə dəvamlı olaraq tutmadan təyyarənin istənilən rotada uçmasını təşkil edər. Artıq günümüzdə siz də bilirsiniz ki, təyyarəler son model kompyuter texnikası ile təçhiz olunub. Bütün pilotlar uçuşdan öncə ən az 1 saat əvvəl gəlib kokpitde yerini alırlar.Uçuş hazırlığına başlarlar. FMS (Flight Management System) adı verilən bir bort kompyuterinə uçulacaq rota, kurs, sürət və sair kimi önəmli datalar girilir. Bu və təyyarənin bütün digər sistemlərindən gələn məlumatlar FGS (Flight Guidance System) adlı bir uçuş yönləndirmə mərkəzində toplanır. Təyyarə bu mərkəzdən aldığı məlumatlara əsasən hidrolik təzyiqlə təyyarə ana uçus parçalarına ve qaz qollarına elektrik siqnalları gönderərək həssas, qüsursuz bir uçuş yerinə yetirir. Pilotlar, kokpitdə ön tərəfdə göz hizasında yer alan MCP (Mode Control Panel) panelindəki düymələrə basaraq Avtopilot üçün istənilən əmirləri verir, hava müxalifətinde və hava nəqliyatının idarə olunması üçün dispeçerlərden alınan kurs, eşalon dəyişikliyi haqda təlimatları yerinə yetirə bilərlər. Ardı->>>

Related Posts Plugin for WordPress, Blogger...