Havalimanı necə işləyir ? Təyyarənin gözündən (II hissə)
















Bugün məqaləmizdə, təyyarənin havalimanındakı günlük əməliyatlarından bəhs edəcəyik.  Mövzularımız aşağıdakı ardıcıllığı izləyəcək.:

  • Təyyarənin planlı texniki baxışı,
  • Donmağa qarşı gəlmək üçün xüsusi maye ilə yuyulması
  • Təyyarənin uçuşa yola salınması

Əgər təyyarənin planlı texniki baxış zamanı çatıbsa, onu, havalimanında yerləşən texniki baxış hanqarına daxil edirlər. Texniki baxış hanqarı öz içində bir neçə bölməyə ayrılıb. Bunlardan biri təkər təmir və baxım mərkəzidir. Bu mərkəzdə təkərlərin həm təmiri, həmdə müvafiq texniki baxışı keçirilir.

Ardı->>>

Havalimanı necə işləyir ? Təyyarənin gözündən (I hissə)

Bugükü məqaləmiz, Təyyarələr haqqında olacaq. Gün ərzində havalimanlarına onlarla, yüzlərlə təyyarə enir və qalxır. Havalimanları sanki bir mehmanxana kimi, onları qarşılayır, Gate-lərə göndərir, salonlarını təmizləyir, yanacaq doldurur, lazım olduğu zaman təmir edir, yuyur və bir sonrakı uçusa hazır hala gətirib yola salır.

Ardı->>>

Havalimanı necə işləyir ? – Pomidorun gözündən

Bugün sizə “Havalimanı necə işləyir ?” məqalələr silsiləsinin növbəti yazısını təqdim edəcəm. Bu yazıda siz havalimanında pomidorla viagralikdə səyahət edəcəksiniz.  Söhbət, təyyarədə qarşımıza qoyulan ləzzətlərin hazırlanışı və önümüzə gələnə qədərki keçdiyi uzun yoldan gedəcək.

Bütün beynəlxalq havalimanlarında, hər bir tükətim məmulu gətirən şirkət tam sertifikatlı və dövlət reestrində olmalıdır. Eləcə də, bu böyük kompleksdə, istənilən dövlətin mətbəxinin yeməklərini hazırlaya biləcək ləvazimat, personal və məmul olmalıdır. Bəhs edəcəyimiz havalimanında (Domodedovo) 150 dən çox sertifikatlı şirkət müştərək iş görərək, istənilən mətbəxi həm requlyar-charter reyslər üçün həmdə biznes aviasiyanın kaprizli müştəriləri üçün hazırlamaq qabiliyyətinə malikdir.

Ardı->>>

Havalimanı necə işləyir ? – Sərnişinin gözündən

Havalimanı canlı bir makro orqanizmadır. Bu orqanizmanın özünə məxsus, çətin, bir o qədər də maraqlı idarə etmə sistemi vardır. Hamımız əlbəttəki sərnişin olmuşuq, uzun vəya qısa səyahətlərə çıxmışıq. Ətrafa öz fikrimizcə nəzər yetirmiş, lazım olan məlumatlara yiyələnmişik. Bugün havalimanı necə işləyir məqalələr silsiləsinə davam edirik. Elə ələ alacağımız movzu da, bir sərnişinin gözündən havalimanına baxışdır. Beləki :

Ardı->>>

Havalimanı necə işləyir ? – Baqajın gözündən

Hər bir insan, XXI əsrdə heç olmasa ildə bir dəfə də olsa havalimanından istifadə edərək, harasa uçur, vəya kimisə qarşılayır. Bu məqaləmlə, sizlərə havalimanı kompleksini, onun işləyişini, detaylı fotoşəkillərlə başa salmağa çalışacağam. Bununla, ” Havalimanı necə işləyir ? ”  məqalələr silsiləsini başlamış oluruq.

Sərnişin havalimanında uçuça başlarkən ilk təhvil verdiyi şey baqajdır. Elə ilk olaraq biz də baqaj mövzusunu ələ alacağıq.  Beləki Moskva Domodedovo beynəlxalq havalimanında  baqajımızın təhvil verilən andan, təyayrəyə yüklənənə qədər keçən uzun səyahətinin hekayəsi …

Ardı->>>

Related Posts Plugin for WordPress, Blogger...