Havalimanı necə işləyir ? – Pilotun gözündən

Bugünki məqaləmiz, pilotların gözü ilə havalimanı və təyyarəyə baxış olacaq. S7 havayollarına aid pilotlar ilə, bərabər havalimanına gələcəyik, tibbi komissiyadan keçib, brifinq otağına daxil olacağıq. Ardından Uçuş bələdçiləri ilə tanış olub, uçuş üçün havayolu dispetçerindən icazə alacağıq. Daha sonra isə bizim üçün təhsis olunmuş mikroavtobus ilə apronda yol alıb təyyarəyə minəcək, ilkin  yoxlamaları keçirib, mühərrikləri işə salacağıq.

Pilotlar, havalimanına, ekipaj üçün ayrılmış başqa qapıdan daxil olurlar. Adi vətəndaşlar kimi onlar da, tam təşəkküllü yoxlamadan keçirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Yoxlamanın ardından, bütün pilotlar və təyyarə bələdçiləri uçuş öncəsi tibbi məntəqədən “Uçuşa icazə verilir” raportu alırlar.

 

Burada tibb bacıları tərəfindan ekipajın təzyiqi ölçülür, gözləri yoxlanılır, əgər şübhəli bir durum qeydə alınarsa daha ətraflı yoxlama aparılır. Yoxlamalar, uçuşdan ən az 2 saat əvvəlcədən aparılmalıdır.

Qonşu otaqda isə, təyyarə bələdçiləri dərman qutularını uçuş üçün yanına alırlar. Bu dərman qutuları xüsusi bir baş həkim tərəfindən mütamədi olaraq nəzarət edilir və dərmanların vaxtının keçməməsi, yeni dərmanların əlavə olunması üçün tədbirlər görülür.

 

 Tibbi nəzarətdən sonra pilotlar briefing otağına daxil olur, uçuş üçün məlumat alırlar.

 

Burada ilk olaraq 2-ci pilot, görəvli tərəfindən ona verilən çantanı təslim alır. Bu çantada təyyarə və uçuşa aid sənədlər yer alır. Bu çantanı həmişə 2-ci pilot daşıyır. Aviasiyanın da özünə məxsus hiyerarşisi vardır.

 

Briefinq otağının ortasında böyük bir stolun ətrafına toplanmış pilotlar, uçuş öncəsi hazırlıqlar aparırlar. Hazırlıqlar aşağıdaki maddələrdən ibarətdir:

  • Uçuş marşrutunun incələnməsi
  • Optimal marşrutun seçilməsi
  • SID əməliyyatları (Standart Instrumental Departure) – Havalimanından uzaqlaşma
  • STAR əməliyyatları (Standart Terminal Arrival Route)
  • Eniləcək havalimanına aid NOTAM-lar  (Notes to Airman) və özəllikləri
  • Ehtiyat meydana aid NOTAM-lar və özəllikləri
  • Uçuş boyunca gözlənilən meteorogiya məlumatlarının və xəritələrinin (külək və bulud xəritələri) incələnməsi
  • Yanacaq hesablamaları (Uçulacaq meydan + Ehtiyat Meydan + Əlavə yanacaq)
  • Əgər varsa, sadəcə o uçuşa aid xususi əməliyyat. (Ölü tabutu daşıma, hərbi şəxsin silahının daşınması, VIP şəxslər haqqında məlumat və s.)

 

Burada pilot uçulacaq marşrutda qarşısına çıxa biləcək turbulans (xalq dilində hava boşluğu) xəritələrini incələyir, şiddətlərini gözdən keçirir. Qeyd etmək istərdim ki, uçuşa başlamadan əvvəl, pilotlar, uçuş boyunca necə  hava ilə qarşılaşacaqlarını bilirlər. Məlumatın dəqiqliyi %90 bərabərdir. Nadir hallarda təyyarə artıq havada ikən, ciddi ani dəyişiklər baş verir.

 

 

Bəzən böyük havayolu şirkətləri tərəfindən, havalimanında bir otaq icarəyə götürülür. Bu otaqlarda təchiz olunmuş kompyuterlər vasitəsi ilə, pilotlar uçuş haqqında daha ətraflı məlumat alırlar, vəya vaxt öldürmək üçün aviasiya səhifələrini incələyirlər.

 

Pilotların əgər, hava haqqında hər hansı bir şüphələri varsa,  havalimanında yerləşən meterologiya ofisinə baş vurub məlumatı dəqiqləşdirə bilərlər.

 

Ardından (əgər təyyarə sadəcə sərnişin və ticari olmayan yük daşıyarsa) 2-ci pilot Load Master (Azərbaycan Aviasiya ədəbiyyatına – Operator adı ilə nəql edilib, səhf bir tərcümədir) ofisinə yaxınlaşaraq müvafiq sənədləri gözdən keçirir. Bu müvafiq sənədlərdə, marşrut, ağırlıq və yanacaq məlumatları yer alır. Özünə məxsus mürəkkəb bir funksiyaya məxsus hesablama ilə təyyarənin CG (Center of Gravity – Ağırlıq Mərkəzi) tapılır.

 

Piltolar hazırlıqlarını tamamladıqdan sonra, kapitan, baş bələdçini yanına çağıraraq bu uçuş haqqında intruktaj aparır.

 

Hər aviaşirkətin özünə məxsus bir fəlsəfəsi var. Bəziləri bir təyyarədə hər zaman eyni ekipaj ilə uçulmasından yana isə bəziləri isə hər uçuş üçün fərqli ekipaj üzvlərinin olmasından yanadır. Birdə təyyarə növlərinə aid fəlsəfələr var. Ancaq Airbus uçuş fəlsəfəsində, hər uçuş üçün fərqli ekipaj üzvlərinin olması şərti qoşulub. Yəni, uçuşa gəlmədən əvvəl, kapitan 2-ci pilotun və təyyarə bələdçilərinin kim olduğunu bilmir. Belə halda daha operativ hazırlıq, və yaş fərqindən qaynaqlanan hörmət-izzət məsələsi aradan qalxır. Şərq ölkələrində tez tez qarşılaşılan bir vəziyyət var. Məsələn 40 yaşında bir pilot başqa bir təyyarə növündə 15 il uçur. Sonra onu yeni bir təyyarə növünə 2-ci pilot olaraq təyin edirlər. Ancaq onun Kapitanı ondan gənc olduğuna görə, verilən təlimatların doğruluğundan hər zaman şüphə edir, və öz bildiyini edir.  Burada, aviasiya da SHELL modeli olaraq adlandırdığımız ICAO insan faktorları zincirinin – Liveware bəndi ihmal olunur. Aviasiyada bütün qanunların qanla yazıldığını yaxşı bilən AIRBUS, təyyarə fəlsəfələrində eyni ekipajla uçmağı rədd edir.

 

Burada isə baş təyyarə bələdçisi, digər bələdçilər üçün kiçik bir briefing verir. Uçuş haqqında məlumat və əgər varsa kapitandan aldığı xüsusi təlimatları nəql edir.

Bələdçilər də öz işlərini bitirdikdən sonra, kapitan AIS (Airport Information Service – Havameydanı Məlumatlandırma Xidməti) bürosuna yaxınlaşaraq, uçuşa hazır olduqlarını bildirirlər. Diqqət yetirsəniz büronun önündə, kiçik bir diktafon var. Pilotlar mütləq şifahi və aydın bir səslə “Kapitan Bağırov, AHY852 reysi üçün uçuş şərtlərini qəbul edirəm. Uçuşa hazıram” kimi cümlə istifadə edirlər. Bu cümlə diktafon tərəfindən qeydə alınır. Gələcəkdə çıxacaq hər hansı bir problemə qarşı istifadə oluna bilər.

 

Ekipaj, terminaldan təyyarəyə mikroavtobuslarla gedirlər.  Apronda piyada hərəkət etmək, apron işçilərindən başqa hər kəs üçün qəti qadağandır. Domodedova hava limanında hər mikroavtobusla səyahət  aviaşirkətə 50 Amerikan dollarına başa gəlir.

 

Pilotlar apronda olduqları müddət ərzində mütləq fosfor yaşılı rəngli jilet giyinməlidirlər.

 

 Təyyərənin açarı yoxdur, bir neçə düymə kombinasıyası ilə hərəkətə salınır.

 

İlkin yoxlamalardan sonra, 2-ci pilot External Inspectiona çıxır. Burada o təyyarə şassilərini, pitot borularını, qanadları, muhərrik fanlarını açıq gözlə yoxlayır. Hər hansı bir nazaslığın olmadığından əmin olur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Pitot borularının donmadığından, içinə bir şey girmədiyindən qəti şəkildə əmin olmalıdır. Əks halda Birgen Air 301 nömrəli reysin aqibəti təkrarlanmış olar.

 

Texniki qapının bağlı olduğundan əmin olunmalıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mühərrik fanlarına açıq gözlə nəzarət. Təyyarə park halındaykən mühərrikə quş və ya hər hansı bir heyvan girə bilər. Bunun yoxluğundan əmin olmaq lazımdır.

 

Əgər fanlarda buzlanma görülərsə, xüsusi isidici apparat vasitəsilə mühərrik qızdırılır. Buzlar əridilir.

 

 

Yanacaq dəliyi kip bir şəkildə bağlanmalıdır.

Flaplar və statik elektrik antenaları gözdən keçirilir.

 

Mühərrik arxası yoxlanılır.

 

Trim dəyərinin 0-da olması lazımdır.

 

Son olaraq əyləc başmaqları yoxlanılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

External Inspection-dan sonra 2-ci pilot kabinaya geri gəlir və kapitanla bərabər Before Start (Mühərriki işə salmadan öncəki) əməliyatlarına başlayırlar.

 

Bütün əməliyatlar sırası ilə, Checklistlərə yazılır. Bütün pilotlar bu checklistlərə sırası ilə və təmiz bir şəkildə riyayət edirlər.

Airbus cockpit sistemində,  təyyarə uçuşa hazır vəziyyətə gəldikdə, overhead paneldə heç bir işığın yanmaması lazımdır.

 

Pilotların gözünə günəş vurmasın deyə, xususi lentalardan istifadə olunur. Avtomobildən fərqli olaraq, qoruyucu lenta isifadə olunduğuna görə, heç bir orqan pilota cərimə yazmır.

Vəssəlam, ekipaj uçuşa hazırdır. Onlara təhlukəsiz uçuş, və yumuşaq eniş arzu edirik.

 

 Və son olaraq bir video təqdimatı ilə bu məqaləmizi başa çatdırırıq. Umidvarıq ki, bir balaca da olsa məlumatlandıra bilmişik.

 

 

Bu silsilənin digər yazıları :

 

1- Havalimanı necə işləyir ? – Baqajın gözündən

2- Havalimanı necə işləyir ? – Sərnişinin gözündən

3- Havalimanı necə işləyir ? – Pomidorun gözündən

4- Havalimanı necə işləyir ? – Təyyarənin gözündən

5- Havalimanı necə işləyir ? – Pilotun gözündən

6- Havalimanı necə işləyir ? – Uçuş zolağının gözündən

7- Havalimanı necə işləyir ? – Dispetçerin gözündən

Bizimlə qalın …

Related Posts Plugin for WordPress, Blogger...