GermanWings qəzası

Son günlərdə bütün dünya mediası məhz bu qəza haqqında danışır, bütün xəbər portalları hər hansı yeni bir məlumatı flaş xəbər olaraq yayımlayır. Söhbət əlbəttə ki Germanwings havayollarına aid, Airbus 320 təyyarəsinin qəzasından gedir. Hər nə qədər insanın dili qəza deməyə dönməsə də.

24 Mart 2015 yerli vaxtla saat 10:37 da, 4U9525 reysi ilə uçan, Germanwings havayollarına aid Airbus A320 təyyarəsi radar ekranlarından bir anda yoxa çıxır. Təyyarə Barselona-Duseldorf səfərini həyata keçirirdi.

D-AIXP quyruq nömrəli təyyarə, yerli vaxtla saat 10:01-də Barselona El-Prat havalimanından qalxır, saat 10:45 də lazımı yüksəklik olan 38.000 feet-ə (~11 km) yüksəlir. Cəmi bir dəqiqə sonra 10:46 da təyyarə heç bir xəbərdarlıq etmədən enməyə başlayır. Elə ilk dəqiqələrdən qeyri adilik müşahidə olunur. Ekipaj heç bir xəbərdarlıq etmədən enişə başlayır, təhlükəli vəziyyət siqnalı (MAYDAY) verilmir. Tam 8 dəqiqə sonra 6000 feet hündürlükdə (~2 km), Alp dağlarının yüksək yamacına çırpılır. 

Hava gəmisinin bortunda 144 sərnişin, 6 ekipaj üzvü var idi. Qəzanın ardından Fransa prezidenti Fransua Olland, sərnişinlərin hamısının vəfat etdiyini bildirir.

Sözü gedən təyyarə 1991-ci il istehsalıdır. Bu günə qədər cəmi 58.300 uçuş saatına sahibdir. Təyyarədə istifadə olunan mühərriklər CFM56 idi. Sonuncu C-Check (böyük tərkibli texniki baxış) əməliyyatını 2013-cü ilin dekabr ayında tamamlamışdı. Təyyarə avionikası ən son datalar ilə təhciz olunmuşdu. Hal hazırda istintaq – Fransa hava qəzaları araştırmaları bürosu – BEA  tərəfindən aparılır.

Ilkin nəticələrə görə qəza belə baş verib :

Təyyarə düz uçuşa keçdikdən sonra kapitan pilot kabinanı qısa bir müddətə tərk edir. Bu zaman ikinci pilot Andreas Lubitz  kokpitdə yalnız qalır. Sonra kapitan pilot kabinaya geri daxil olmaq istəyərkən kokpit qapısının bağlı olduğunu görür. Bir neçə dəfə içəri girməyə cəhd etsə də nəticəsiz qalır. ABŞ-da baş verən 11 sentyabr hadisələrindən sonra kokpit qapılarını poladddan və güllə keçirməz maddadən hazırlanıb, terorist hücumlarına qarşı gələ bilməsi üçün elektronik təhcizatlı açma-bağlama sistemi ilə təhciz olunur.

CVR – (qara qutu-səs qeyd edici cihaz) cihazından çıxan ilkin nəticələrdə yardımcı pilotun son ana qədər rahat nəfəs aldığı eşidilir. Bu isə qəzanın qəsdən törədildiyinə dair əyani subüt təşkil edir.

Andreas Lubitz

Araştırma zamanı bəlli olur ki, ikinci pilot Andreas Lubitz keçmiş illər ərzində bir neçə dəfə psixiki muayinədən keçib, ancaq uçuş üçün heç bir məhdudiyyətinin olmadığı qeyd olunub.

Airbus A320 təyyarəsində əgər kokpit qapısı normal şərtlərdə açılmırsa, qeyri adi vəziyyətlər üçün nəzərdə tutulmuş 4 rəqəmli kod girilərək kokpit qapısı 5 saniyəliyinə açıq vəziyyətinə gətirilə bilir. Ancaq görünür ki bu uçuşda yardımcı pilot bilərək kokpit qapısını LOCK vəziyyətinə gətirib, və xususi kod vasitəsi ilə qapını açmaq mümkün olmayıb.

Aşağıda verilmiş videoda Airbus A320 ailəsi təyyarələrdə kokpit qapısının necə açıq-bağlı vəziyyətə gətirilməsi və qeyri adi hallarda necə hərəkət edilməsinə dair məlumat yer alır.

Bu qəzadan sonra aviasiya ekspertləri kokpitdə minimum 2 nəfər olması şərtini məcbur hala gətirilməsini mubahisə edirlər. ABŞ FAA qanunlarına əsasən bu qanun çox uzun bir müddətdir ki qüvvədədir. Ancaq digər ölkələr bu qanunu məcbur qılmasalar da, bir çox tanınmış aviaşirkətlər artıq icra edir. 

ABŞ da bu qanun belə izah olunur. Əgər pilotlardan hər hansı biri öz şəxsi ehtiyacını qarşılamaq məqsədi ilə kokpiti tərk edirsə, təyyarə bələdçilərindən ən təcrübəli olanı mütləq kokpitə gələrək, pilotun yoxluğunu əvəz etməlidir.

Bunun səbəbi :

  • Kokpitdə yer alan pilotun sağlığında ani dəyişiklik baş verərsə vəziyyəti dərhal dərk etməsi  (İnfarkt, nəfəs darlığı, hipoksia və s.)
  • Kokpitə girmək istəyən şəxsin qapı gözlüyündən baxaraq təsbit edilməsi (Bu halda pilot öz işindən yayınmır)
  • Hər hansı qeyri adi bir durumda pilota yardım etməsi
  • Aktiv pilotun qəsdən qəza törətməsini əngəlləmək

kimi hallarda baş verə biləcək nasazlıqları aradan qaldırmaq üçündür.

Aviaqəza tarixində artıq bələ hallara bir neçə dəfə rast gəlinib. Bunlara misal olaraq :

Tarixdə kokpit qapısı ilə əlaqəli bir başqa maraqlı hadisə baş verib. All Nippon (Yaponiya) hava yollarına aid Boeing 737 təyyarəsinin kapitanı kokpiti tərk etdikdən sonra içəri girmək istəyir. Qapının zənginə basdıqdan sonra, ikinci pilot səhvən qapı açma-bağlama düyməsinə basmaq yerinə başqa düyməyə basır və təyyarə anidən sola doğru yüksək sürətlə çevrilməyə başlayır. Bu hadisə nə yaxşı ki qəzasız başa çatır.

Qapının özü ilə də problem yaşanan hallar olub. Buna misal olaraq elə bu ilin yanvar ayında Delta Hava yollarında baş verən insidenti verə bilərik. Təyyarənin ikinci pilotu kokpitə girmək istərkən, qapının mexaniki nasazlığı üzündən girə bilmir. Buna görə də kapitan Las Vegas beynəlxalq havalimanına məcburi eniş etmək məcburiyyətində qalır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bugündən etibarən Avropa mülki aviasiya təhlükəsizliyi təşkilatı, EASA, təyyarə kokpitində minimum 2 nəfərin olması barədə qanun qəbul edib. Bu qanunu ilk həyata keçirən şirkət Norwegian Air Shuttle oldu

Related Posts Plugin for WordPress, Blogger...