Video

Yeni Dünya Rekordu

ABŞ – Californiya Universiteti tələbəsi və eks futbolçu Joe Ayoob, hazırladığı kağız təyyarə ilə dünya uçuş rekordu qırıb. Beləki, onun hazırladığı təyyarə, 69 metrlik bir məsafəni qət edərək yerə enib.

Yarış Californiya McClellan Hərb Hava Qüvvələri bazasında keçiririlib. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, elə bu bazada, 2003-cü ildə 63 metrlik uçuş ilə dünya rekordu əldə edilmişdi.

Həqiqətən də, 69 metrlik bir uçuş üçün çox dərin aerodinamik məlumata hakim olmaq və bacarıqlı bilək sahibi olmaq gərəkdir. Təbriklər :

Azadlığı hiss et !

Insan hər zaman uçmaq niyyəti ilə yeni ixtiralar icad etmiş, daim kürəmizə  quş baxışı göz gəzdirməyin yeni yollarını axtarmışdır. XVII əsrdə ilk uçan türk olaraq qeydə düşən şəxsiyyət Hazarfən Əhməd Çələbidir ki, icad etdiyi  qənədciklər vasitəsi ilə, İstanbul Galata qulləsindən uçuşa başlayaraq Bosfor boğazını keçmiş və Üsküdara enmişdir.

Günümüzdə isə yeni uçuş növləri, yeni tip paraşut və sərbəst uçuş kostyumları icad edilərək, maksimal adrenalin yaşamaq hədəflənir. Bu qısa videoda isə sizlər BaseJump, Skydive və Wingsuit atletlərinin məharətlərini görəcəksiniz. Beləki, arxanıza yaslanın, işıqları söndürün, video səsini son həddə kökləyib uçuşun keyfini çıxarın!

Mərhəmət Mələyi …

Hər il olduğu kimi, bu il də, Belgradın bir restoranında, F-117 Nighthawk təyyarəsi şəklində bişirilmiş böyük tort yüksək rütbəli hərbiçilərin masasını bəzəyir. Masa başına toplananlar keçmiş Yugoslavia ordusunun palkovniki Zoltán Dani və dostlarıdır. Palkovnik 1999-cu ildə Serbiya ordusuna aid 3-cü batareyanın 250-ci raket briqadasına komandanlıq edirdi.

27 Mart gecəsi 1999 – ABŞ hərbi qüvvələri pilotu Deil Zelko idarə etdiyi F11t7A təyyarəsini, İtaliyada yer alan Aviano hərbi bazasından havalanaraq, əmr aldığı Mərhəmət Mələyi hərbi əməliyyatı planına uyğun Belgradı bombalamaq üçün hərəkətə keçirir. Ancaq bu dəfə ona geri qayıtmaq nəsib olmur.

Beləki, Belgrada 40 km məsafədə yerləşən, Budanoviçi kəndində F117A təyyarəsi, Serbiya hava hücumundan müdafiyə dəstələrinin raketinə hədəf  olur. Təyyarənin bombardımana başlaması üçün sadəcə 13 km qalmışdı. Hədəfi vuran 1-ci raketin ardından 2-ci raket də müvəffəqiyyət əldə edir.

Qeyd etmək istərdik ki, Serbiya və Qaradağın NATO qoşunları tərəfindən bombardman edilməsi, 24 Mart 1999 tarixində başlanmışdı. Buna səbəb Serb qoşunlarının muxtar vilayət olan Kosova və Metoxiya vilayətlərindən çəkilməməsi olmuşdu. Yugoslaviya üzərindəki 24 saatlıq dövriyyə uçuşları tam 78 gün dəvam etmişdi. 1500-ə yaxın bombalama əməliyyatı aparılmışdır. Uzun sürən bombardımandan sonra NATO quru qoşunları Kosovanı ələ keçirmişdi. Ardı->>>

8 Mart …

Bütün qadınlarımızı 8 Mart beynəlxalq qadınlar bayramı münasibəti ilə təbrik edir, firəvan həyat və xöşbəxtlik arzu edirik. Aviasiya ailəsi.

Havalimanı necə işləyir ? – Dispetçerin gözündən

Bugünkü məqaləmiz Aviasiya sahəsinin ən riskli iş sahəsi olan dispetçerlər haqqında olacaq. Niyə riskli ? – Çünki bu sahədə saniyəlik bir gecikmə, istər yerdə, istərsə də  havada həm insan ölümünə, həmdə texniki çarpışmaya yol aça bilər.

ATS (Air Traffic Services  – Hava Nəqliyatı Xidmətləri) sahəsi bir neçə departamentə ayrılır. Bunlar :

  • ATC – Air Traffic Control (Hava Nəqliyatının İdarə olunması)
  • FIC – Flight Information Centre (Uçuş Məlumat Mərkəzi)
  • FIS  – Flight Information Service (Uçuş Məlumat Xidməti)

Biz ATC departamentinin TOWER hissəsini bu yazımızda sizlərlə paylaşacağıq. Ardı->>>

Related Posts Plugin for WordPress, Blogger...