Qəza

GermanWings qəzası

Son günlərdə bütün dünya mediası məhz bu qəza haqqında danışır, bütün xəbər portalları hər hansı yeni bir məlumatı flaş xəbər olaraq yayımlayır. Söhbət əlbəttə ki Germanwings havayollarına aid, Airbus 320 təyyarəsinin qəzasından gedir. Hər nə qədər insanın dili qəza deməyə dönməsə də.

24 Mart 2015 yerli vaxtla saat 10:37 da, 4U9525 reysi ilə uçan, Germanwings havayollarına aid Airbus A320 təyyarəsi radar ekranlarından bir anda yoxa çıxır. Təyyarə Barselona-Duseldorf səfərini həyata keçirirdi.

D-AIXP quyruq nömrəli təyyarə, yerli vaxtla saat 10:01-də Barselona El-Prat havalimanından qalxır, saat 10:45 də lazımı yüksəklik olan 38.000 feet-ə (~11 km) yüksəlir. Cəmi bir dəqiqə sonra 10:46 da təyyarə heç bir xəbərdarlıq etmədən enməyə başlayır. Elə ilk dəqiqələrdən qeyri adilik müşahidə olunur. Ekipaj heç bir xəbərdarlıq etmədən enişə başlayır, təhlükəli vəziyyət siqnalı (MAYDAY) verilmir. Tam 8 dəqiqə sonra 6000 feet hündürlükdə (~2 km), Alp dağlarının yüksək yamacına çırpılır.  Ardı->>>

✈ UTA 772

19 Sentyabr 1989. Niger. UTA 772 uçuşu Nigerin Sahara səhrasında qəzaya uğrayır. Təyyarə Konqonun paytaxtı Brazzavil şəhərindən qalxıb Parisə enməli idi. Ancaq Liviyalı bir terrorist uçuş əsnasında partlatdığı bomba ilə 170 nəfərin qatilinə çevrilir.

18 ildən sonra qəzada vəfat edənlərin yaxınları səhrada bir abidə tikməyə qərar verirlər. Əlbəttəki yerli bədəvilərin köməyi olmadan belə bir layihəni həyata keçirmək qeyri-mümkündür. Ardı->>>

Mərhəmət Mələyi …

Hər il olduğu kimi, bu il də, Belgradın bir restoranında, F-117 Nighthawk təyyarəsi şəklində bişirilmiş böyük tort yüksək rütbəli hərbiçilərin masasını bəzəyir. Masa başına toplananlar keçmiş Yugoslavia ordusunun palkovniki Zoltán Dani və dostlarıdır. Palkovnik 1999-cu ildə Serbiya ordusuna aid 3-cü batareyanın 250-ci raket briqadasına komandanlıq edirdi.

27 Mart gecəsi 1999 – ABŞ hərbi qüvvələri pilotu Deil Zelko idarə etdiyi F11t7A təyyarəsini, İtaliyada yer alan Aviano hərbi bazasından havalanaraq, əmr aldığı Mərhəmət Mələyi hərbi əməliyyatı planına uyğun Belgradı bombalamaq üçün hərəkətə keçirir. Ancaq bu dəfə ona geri qayıtmaq nəsib olmur.

Beləki, Belgrada 40 km məsafədə yerləşən, Budanoviçi kəndində F117A təyyarəsi, Serbiya hava hücumundan müdafiyə dəstələrinin raketinə hədəf  olur. Təyyarənin bombardımana başlaması üçün sadəcə 13 km qalmışdı. Hədəfi vuran 1-ci raketin ardından 2-ci raket də müvəffəqiyyət əldə edir.

Qeyd etmək istərdik ki, Serbiya və Qaradağın NATO qoşunları tərəfindən bombardman edilməsi, 24 Mart 1999 tarixində başlanmışdı. Buna səbəb Serb qoşunlarının muxtar vilayət olan Kosova və Metoxiya vilayətlərindən çəkilməməsi olmuşdu. Yugoslaviya üzərindəki 24 saatlıq dövriyyə uçuşları tam 78 gün dəvam etmişdi. 1500-ə yaxın bombalama əməliyyatı aparılmışdır. Uzun sürən bombardımandan sonra NATO quru qoşunları Kosovanı ələ keçirmişdi. Ardı->>>

Sonuncu eniş …

Dünən, Martın 9-da, Discovery Şatlı özünün axırıncı, 39-cu uçuşunu başa çatdırdı. Fotoda Kennedy Space Center-ə eniş zamanı çəkilmiş tarixi anı görürsünüz. Bundan sonra şatl muzey eksponatına çevriləcək. Qeyd etmək istərdim ki, ABŞ bu vaxta qədər kosmosa cəmisi 5 şatl (proyekti) göndərib. Bunlar :

  1. Columbia
  2. Challenger
  3. Discovery
  4. Atlantis
  5. Endeavour

Son şatl – Chalengerin yerini əvəz edib. 1986-cı ildə Challenger, 2003-cü ildə isə Columbia qəzaya uğramış, 14 nəfərin ölümünə səbəb olmuşdur. Ardı->>>

Mi-8 Helikopteri Qəzaya Uğrayıb


Bu gün Xəzərin Azərbaycan sektorunda, Günəşli yatağı yaxınlığında neftçiləri daşıyan AZAL-ın Neft Daşlarına xidmət edən Mi-8 tipli helikopteri qəzaya uğrayıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin ANS-ə verdiyi məlumata görə, qəzaya uğrayan helikopter «28 may» yatağındakı 4-cü özüldən havaya qalxıb və onun göyərtəsində 6 nəfər olub. Onlardan 4 nəfər xilas edilib, digər iki nəfərin axtarışı aparılır. Xilasetmə əməliyyatına Xəzər Dəniz Neft Donanmasının yaxınlıqda olan gəmiləri və dalğıc heyəti cəlb edilib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS-ə verdiyi məlumata görə, artıq hadisə ilə bağlı cinayət işi açılıb, xüsusi təhqiqat komissiyası yaradılıb. Qeyd edək ki, bu, artıq son 12 ildə baş vermiş üçüncü belə hadisədir. 1997-ci il oktyabrın 2-də məhz «Günəşli» yatağının yaxınlığında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində göyərtədəki 22 nəfərdən 21 həlak olmuşdu. Daha bir hadisə isə 2007-ci ilin oktyabrın 12-də baş verib. Həmin vaxt neftçilərə xidmət göstərən AZAL-a məxsus helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub. Məlumat üçün bildirək ki, bugünkü hadisə ilə bağlı Dövlət Neft Şirkətinin «Azneft» istehsalat birliyində qərargah yaradılıb. Qərargahın 566-54-06, 566-54-07 nömrəli telefonlarında qaynar xətt işləyir. /ANS TV/

Related Posts Plugin for WordPress, Blogger...