✈ Avia Məzarlıq

ABŞ – Arizona ştatı, Tucson şəhəri. Devis Monten avia mərkəzi. Qızmar yaya günəşi altında, 4200 dən artıq təyyarə, 40 kosmik hava gəmisi əbədiyyətə qovuşmaq üçün zamanını gözləyir. Ancaq buraya məzarlıq demək , biz aviasiya sevdalılarına heç də yaraşmır. 

Avia mərkəzin ümumi sahəsi 10 kvadrat km-dən artıqdır. Bu hardasa 1430 futbol sahəsinə bərəbar bir meydandır. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyədədir. 

Burada yer alan bir çox təyyarəyə yenidən əl gəzdirilir. Lazımı ehtiyat hissələr tapılır. Yenilənir və yeni müştərilərə satılır. Beləki, 19 Oktyabr 2012-ci ildə, 36 ədəd F-16 təyyarəsi İraq hərbi hava qüvvələrinə satılmışdır. Ümumi dəyər isə 5 milyard ABŞ dolları idi. 

Related Posts Plugin for WordPress, Blogger...