Haqqımda

 Müəllif Haqqında:

müəllif

Salam əziz Azərbaycan aviasiya sevdalıları,

Adım Murad Bağırovdur. 1986-cı ildə Rusiyanın Moskva şəhərində, incəsənət xadimləri ailəsində dünyaya göz açmışam. bir müddət orada yaşadıqdan sonra, vətənə geri dönüb, Azərbaycanın ən gözəl güşələrindən biri olan Şəki şəhərində həyatımı davam etdirmişəm.

İbtidai təhsilimi, Şəki şəhər 5 nömrəli məktəbdə tamamlamışam. 6-cı sinifə gəldikdə isə, regionda, o dövrün ən güclü elm-təhsil ocağı olan Şəki-Azərbaycan Türk Özəl Liseyinə daxil olmuşam. Elə o məktəbdən də, 2002-ci ilin may ayında məzun olmuşam.

Ardınca, Təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında, Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən xaricdə təhsil proqramı ilə Türkiyənin qabaqcıl universitetlərindən biri olan Anadolu Universiteti – Mülki Aviasiya Akademiyasının – Mulki Aviasiyanın idarə olunması fakultetinə daxil olmuşam. Təhsil aldığım zaman ərzində, akademiya tərkibində yer alan Pilotaj fakultetinə keçid üçün sonsuz cəhdlərim olsada, Azərbaycan və Türkiyə arasında belə bir razılaşmanın olmaması hədəfimə doğru addımladığım kariyera pilləsində ilk əngəl olmuşdur. Ali məktəbi 2007 ci ildə tamamladıqdan sonra, Azərbaycana gəlmiş və iş tapmaq cəhdi ilə bir neçə daxili və xarici aviaşirkətlərə, eləcədə dövlət strukturlarına müraciyət etmişəm. Azərbaycanın  burokratik tanış – dayı fəlsəfəsini bir daha dərk edib, praktiki həyatda öz üzərimdə yoxladıqdan sonra,  yaşaya bilmək  və ən çox sevdiyim,  özümü peşakar hiss etdiyim aviasiya sahəsində iş tapmaq üçün  üzümü xaricə tutmuşam.

Təhsil aldığım müddət ərzində, aviasiya sahəsində praktiki və teorik  bilgilərə dərindən yiyələnmiş,  bir çox sahələr üzrə təkminləşdirilmiş kurslardan keçib, sertifikatlar almışam.  Bunlar :

  • Ramp and Ground Opearation Services
  • IATA Airline Ticketing
  • Passenger Handling Services
  • Cargo Sale
  • CRS Applications
  • Amadeus Basic Course Air
  • Air Traffic Rules and Services
  • IATA Dangerous Good program

Bunlara əlavə olaraq, akademiya tərkibində yer alan proqramlara əsasən, idarəetmə fəaliyyətləri ilə bağlı aşağıdakı teorik kursları bitirmişəm :

  • Aviation Security
  • Airline Fleet Planning & Marketing
  • Aircraft Maintenance Management
  • Airline & Airport Management – Full staff Course
  • Finance in Aviation Companies
  • ICAO Aviation English Courses – Operational (Stage 4)
  • Aviation Safety

Hal hazırda vətəndən çox uzaqda, xarici bir avia şirkətin ölkə təmsilçiliyində Oparation Supervisor vəzifəsini icra edirəm. Həyatdakı ən böyük arzum olan, Mulki aviasiya pilotu olmaq üçün əmin addımlarla irəliləyirəm.

Evliyəm. Bir qız övladım var. Bizə bəxş edilən hər gündən zövq alıb, bəşəriyyətə xeyirli bir fərd olmaq üçün bacarıqlarlarımdan istifadə etməyə çalışıram.

Şəxsi Facebook Səhifəm | Şəxsi Twitter səhifəm

Blog haqqında:  

Bu bloqun ən başlıca mahiyyəti, Azərbaycan aviasiya sevənlərinin bir araya gələcəyi bir portal təşkil etməkdir. İnternet aləmində xarixi dillərdə bir çox qarşımıza çıxan Aviasiya məlumatlarının, maraqlı xəbərlərin, faktların, video və fotoların öz doğma dilimizdə müzakirə edilməsi və yayımlanmasıdır.

 

Comments Closed