✈ 13 Avia Fakt …

Havaların isti olması, yay sezonunun cazibədarlığı və tətil günlərimizin bu vaxtlara təsadüf etməsi, bir çoxumuzu istirahət üçün xaricə üz tutmağa vadar edir. Təbii olaraq turistlərin bir çoxu təyyarədən istifadə etmək məcburiyyətində qalırlar. Təəsüf ki bu bəziləri üçün o qədər də rahat deyil. Aerofobiyadan əziyyət çəkən bir çox sərnişin üçün nə qədər məlumat versək də, onlar üçün kafi olmayacaq. Ancaq bəzi nəzəri və statistik faktlara göz atmaqda fayda var. Beləki :

1- Hava nəqliyyatı dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsidir.

2- Hər 3 saniyədə bir, dünyanın hər hansı bir yerində təyyarə enir vəya qalxır.

3- Gündəlik avia qəza faizi əgər 0,01 % olsaydı, bu təxminən 13 təyyarənin eyni gün ərzində qəzaya uğramasına bərabər olardı.

4- Bir il ərzində eşşəkdən düşərək vəfat edən insan sayısı, təyyarə qəzalarında vafat edən insan sayısından daha çoxdur.

5- Piyada keçidində yaşıl işığın yanmasını gözləyərkən avtomobil tərəfindən əzilmə ehtimalınız, avia qəzada vəfat etmə ehtimalından 10 dəfə çoxdur.

6- Unutmayın ki təyyarələr uçuşa çıxmazdan əvvəl çox dərin texniki baxışdan keçirilir.

 

7- Nəzərə alın ki, avia qəza heç vaxt təsadüflər nəticəsində baş vermir. Avia qəza, texniki nasazlıqlar zincirinin faktiki nəticəsidir.

8-Dünya əhalisinin 80% uçmaqdan ehtiyat edir. 5% isə tamamilə imtina edərək yer üstü vəya dəniz nəqliyyatından istifadə edir.

9-Tibb terminalogiyasında uçuş qorxusu – Aerofobiya adlanır.

10- Təyyarə bələdçiləri digər peşə sahiblərindən daha cazibədar olurlar.

11- Bir çox insan təyyarənin 10 km yüksəklikdən yerə çaxılaraq qəzaya uğrayacağını düşünür. Ancaq bu aerodinamika qanunlarına tərs olduğu üçün mümkün deyil. Qənədlərin altında yaranan təyziq farqindən dolayı təyyarə havada bir neçə dəqiqə qalaraq süzülə bilər.

12- Pilotlar uzun uçuşlarda içkidən istifadə edirlər mifi tamamilə yalnışdır.

13- Bu peşə hər nə qədər çətin və riskli bir sahə olsa da, pilotlar və təyyarə bələdçiləri, maaşlarından əlavə “ekstra risk payı” pulu almırlar.

Related Posts Plugin for WordPress, Blogger...